Göyərtəsində əksəriyyəti ukraynalı dənizçilər olan gəminin batması nəticəsində iki nəfər ölüb

Göyərtəsində əksəriyyəti ukraynalı dənizçilər olan gəminin batması nəticəsində iki nəfər ölüb
  • Dünya

  • Qara dənizdə Komor adaları bayrağı altında üzən və göyərtəsində ukraynalı dənizçilər olan “Volgo Balt 179” gəmisinin batması nəticəsində iki nəfər ölüb.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oleq Nikolenko məlumat verib.

    Məlumata görə, gəmidəki 13 dənizçi Ukrayna vətəndaşıdır. Onlardan ikisi ölüb. Ölənlərdən birinin meyiti tapılaraq dənizdən çıxarılıb, digərinki isə axtarılır.

    Gəminin Rusiyanın Rostov-Don limanından Rumıniyanın Konstansa limanı istiqamətində hərəkət etdiyi bildirilir. Gəmidəki heyətin 13 üzvündən biri qadın olub. Onların 10-u sahilə çıxarılıb. Qadın yaralanıb. Xilas edilənlərin səhhəti yaxşıdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər