“Amyts” Madrid Həmkarlar İttifaqı ilkin tibbi yardım göstərən 5 mindən çox həkimi bu gün müddətsiz tətil elan etməyə çağırıb.
LEQAL.AZ yerli KİV-lərə istinadla xəbər verir ki, tibb işçiləri Madrid xəstəxanalarında 600 ailə həkiminin və 200 pediatrın çatışmaması ilə bağlı müvafiq tədbirlərin görülməsini tələb edəcəklər.
Madrid hakimiyyəti bunun ümummilli problem olduğunu bəyan edir.
“Amyts” Həmkarlar İttifaqının verdiyi məlumatlara görə, keçən ilin yayında şəhər hakimiyyətinin ordinaturanı bitirmiş yeni ailə həkimlərini və pediatrları işə götürmək imkanları olub, lakin onlar bunu etməyiblər.