Ekvatorial Qvineyada partlayış qurbanlarının sayı 30 nəfərə çatıb

Ekvatorial Qvineyada partlayış qurbanlarının sayı 30 nəfərə çatıb
  • Dünya

  • Ekvatorial Qvineyada hərbi bazada silsilə partlayışlar nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb, 500-dən çox insan yaralanıb.

    LEQAL.AZ yerli AhoraEg portalına istinadla xəbər verir ki, bu gün dağıntılar altından daha 13 nəfərin cəsədi çxarılıb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

    Güclü partlayışlar bazar günü ölkənin şimal-qərbindəki Bata şəhərində baş verib. Nəticədə ərazidəki bütün yaşayış binaları dağılıb və ya zədələnib. Ölkə prezidentinin sözlərinə görə, faciəyə hərbçilərin səhlənkarlığı və fermerlərin biganəliyi səbəb olub. Belə ki, yandırılan ocağın alovu hərbi anbarlara sıçrayıb.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər