Bir gündə 349 mindən çox şəxsdə COVID-19 aşkarlanıb

Bir gündə 349 mindən çox şəxsdə COVID-19 aşkarlanıb
  • Dünya

  • Dünyada COVID-19-a yoluxanların sayı 102,94 milyon nəfəri ötüb

    “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

    Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 102 942 987 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 232 233 insan ölüb.

    Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 349 263 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 9 423 pasiyent təhlükəli infeksiyadan ölüb.

    Son 24 saat ərzində infeksiyaya yoluxanların 52 faizdən çoxu Şimali və Cənubi Amerikada (181 763), daha sonra Avropada (105 970), ardından isə
    Cənub-Şərqi Asiyada (22 322) qeydə alınıb.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər