Livanda iğtişaşlar səngimir

Livanda iğtişaşlar səngimir
  • Dünya

  • Livanda siyasi böhran dərinləşməkdə davam edir və ölkə artıq partlayış həddinə çatıb.

    “RİA Novosti” xəbər verir ki, bunu Livanın Baş naziri vəzifəsini icra edən Həssən Diyab deyib.

    “Rəhbərlik etdiyim hökumətin istefasından təxminən yeddi ay sonra yeni hökumət hələ də qurulmayıb. Bu, böhrandan çıxış yolunda daha da çətinliklər yaradır. Sosial böhran maliyyə böhranı nizamlanmdan həll edilə bilməz.

    Maliyyə böhranı Beynəlxalq Valyuta Fondu ilə danışıqların bərpası olmadan həll edilə bilməz. Yeni hökumət olmadan isə heç bir islahat olmayacaq”, - deyə Həssən Diyab bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər