Braziliyada virusdan ölənlərin sayı 264 mini ötdü

Braziliyada virusdan ölənlərin sayı 264 mini ötdü
  • Dünya

  • Braziliyada yeni növ koronavirus infeksiyasına 67 477 yeni yoluxma faktı qeydə alınıb.

    Bu barədə report ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

    Bildirilib ki, son sutkada 1 498 nəfər COVID-19-dan vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 10 939 320 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9,7 milyondan çoxu müalicə olunaraq sağalıb, 264 446 nəfər vəfat edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər