Azərbaycanda son sutkada 4255 nəfər COVID-19-dan sağalıb, 1428 nəfər yoluxub, 38 nəfər vəfat edib

Azərbaycanda son sutkada 4255 nəfər COVID-19-dan sağalıb, 1428 nəfər yoluxub, 38 nəfər vəfat edib
  • Cəmiyyət

  • Azərbaycanda koronavirus infeksiyasına 1 428 yeni yoluxma faktı qeydə alınıb, 4 255 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Son sutkada 38 nəfər COVID-19-dan vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 213 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 164 500 nəfər müalicə olunaraq sağalıb, 2 454 nəfər vəfat edib. Hazırda 46 238 aktiv xəstə var.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 507, bu günə qədər isə ümumilikdə 2 141 798 test icra olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər