Myanmarda 1 fevral dövlət çevrilişindən sonra etirazlar səngimir.
LEQAL.AZ TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təkcə bu gün ölkənin müxtəlif şəhərlərində polislə mitinqçilər arasındakı toqquşmalarda 38 nəfər həlak olub.
Bu barədə BMT-nin bölgədəki xüsusi nümayəndəsi Kristin Şraner Burgener məlumat verib. Onun sözlərinə görə, indiyədək etirazlarda ölənlərin sayı artıq 50-yə çatıb. Həmçinin, asayiş keçikçilərinin kütləyə odlu silahdan atəş açmaları nəticəsində onlarla şəxsin yaralandığı bildirilib.
Müxtəlif mənbələrdən verilən məlumatlara əsasən, bugünədək bütün ölkəni bürüyən iğtişaşlar nəticəsində 850-dən çox şəxs saxlanılıb.