Paşinyan: Baş Qərargahın Sarkisyanın göstərişini yerinə yetirməsi xəyanətdir

Paşinyan: Baş Qərargahın Sarkisyanın göstərişini yerinə yetirməsi xəyanətdir
  • Dünya

  • Ermənistanın baş naziri Nikol Paşinyan iddia edib ki, respublikanın Silahlı Qüvvələrinin Baş Qərargahının onun istefası haqqında bəyanatı ölkənin sabiq prezidenti Serj Sarkisyanın təsirinin nəticəsidir.

    Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

    Paşinyan vurğulayıb ki, Silahlı Qüvvələrin Baş Qərargahının rəhbəri qanunu pozub və vəzifəsini tərk etməlidir.

    "Bu qaçılmazdır, amma heç də bundan sonra Silahlı Qüvvələr sıralarında qan qisasının olacağını bildirmir. Sarkisyan və keçmiş hakimiyyət ordunu qanuni hakimiyyətə qarşı qaldırmağa çalışırlar", - Paşinyan deyib.

    Nazirlər Kabinetinin rəhbəri Baş Qərargah rəisinin Sarkisyanın "göstərişlərini yerinə yetirməsi"ni xəyanət hesab edir.

    O, həmçinin qeyd edib ki, "Baş Qərargah hələ "qırmızı xətt"i keçməyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər