Madrid Muxtar Cəmiyyəti, COVID-19 əleyhinə kütləvi peyvənd kampaniyasında iştirak etmək üçün təqaüdə çıxmış həkimlərin və tibb bacılarının işə götürülməsinə icazə verib.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi ilkin tibbi-sanitariya, xəstəxana yardımı və “112 Xidmət” mərkəzlərinə təqaüddə olan 70 yaşına çatmamış tibbi işçilərinin işə bərpa edilməsi üçün icazə verib. Bu iş üzrə ödəmələr yaşa görə təyin olunmuş pensiyaya köçürüləcək.
Məqsəd bu mütəxəssislərin əhalinin kütləvi vaksinləməsinə cəlb edilməsidir.
Fevralın 25-dən başlayaraq “Vanda Metropolitano” stadionunda bələdiyyə polisi, yanğınsöndürmə və mülki müdafiə mütəxəssislərinə “Astrazeneca” vaksininin ilk dozaları vurulacaq.