Son bir həftədə Fransanın təhsil müəssisələrində sanitar vəziyyət ağırlaşıb. Bu müddətdə koronavirusa yoluxma hallarına görə 66 təhsil ocağı və 1195 sinif bağlanıb.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə Fransanın Milli Təhsil Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, 847-si son sutkada olmaqla, ötən bir həftə ərzində 5422 şagird, 647 təhsil işçisi koronavirusa yoluxub.
Hökumətin sözçüsü bildirib ki, ölkədə epidemioloji vəziyyət çox həssasdır və hər an ağırlaşa bilər. Buna görə də ölkədə tətbiq olunan komendant saatı rejimi qeyri-müəyyən müddətədək davam edəcək. Koronavirus testinin nəticəsi pozitiv olan şəxslər isə 7 gün deyil, 10 gün karantin rejimində qalmalı olacaqlar.