İspaniyada xərçəngə tutulan uşaqların 77 faizi sağalır

İspaniyada xərçəngə tutulan uşaqların 77 faizi sağalır
  • Dünya

  • 15 Fevral - Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür.

    Uşaqların xərçəng xəstəliyi ilə mübarizə günü cəmiyyətin diqqətini bu məsələyə yönəltmək üçün 2002-ci ildən bəri qeyd olunur.

    LEQAL.AZ yerli mətbuata istinadən xəbər verir ki, İspaniyada hər il 14 yaşınadək olan 1100 uşağa xərçəng diaqnozu qoyulur.

    İnkişaf etmiş ölkələrdə xəstəlikdən baş verən uşaq ölümlərinin əsas səbəbi məhz xərçəngdir.

    Xərçəng uşaq ölümləri arasında qəzadan sonra ikinci ölüm səbəbidir.

    Lakin, xərçəng xəstəliyinə tutulmuş uşaqların 77 faizi müalicə olunur və bu rəqəm daim artır.

    Qeyd edək ki, bu göstərici 1980-ci ildə onkoloji halların yalnız 54 faizi həddində olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər