Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı “Sinovac” vaksini ilə peyvənd olunub.
LEQAL.AZ xəbər verir ki, dövlət başçısı Ankara Şəhər Xəstəxanasında “Sinovac” vaksini vurdurub. Müəyyən edilmiş qaydaya əsasən ikinci doza 28 gün sonra vurulmalıdır.
Qeyd edək ki, Türkiyədə “Sinovac” vaksini ilə kütləvi peyvəndləməyə yanvarın 13-də start verilib.