Özbəkistan 2023-cü il yanvarın 1-dən tam olaraq Latın qrafikasına keçəcək.
LEQAL.AZ azərtac xəbər verir ki, bu haqda Özbəkistan hökuməti qərar qəbul edib.
Bununla bağlı qəbul olunan sənəddə deyilir ki, ilk növbədə kargüzarlıq işləri, şəxsiyyət vəsiqələri, İD kartlar, xarici vətəndaşlara ölkədə yaşamaq hüququ verən və vətəndaşlığı olmayanların vəsiqələri, işgüzar sənədlər, müxtəlif blanklar, təşkilat, küçə, həmçinin yer adları, reklam və elanlar latın qrafikasına keçiriləcək.
Bundan başqa, normativ-hüquqi aktlar, mərkəzi qəzetlər, elektron KİV, internet saytlar, nəşriyyatlar və poliqrafiya şirkətləri mərhələli şəkildə latın qrafikasından istifadəyə başlayacaq.