Almaniyada uşaqlar yay aylarına qədər COVID-19 qarşı peyvənd oluna biləcəklər

Almaniyada uşaqlar yay aylarına qədər COVID-19 qarşı peyvənd oluna biləcəklər
  • Dünya

  • Almaniyanın Səhiyyə Nazirliyi bu yaya qədər ölkənin biokimyaçıları tərəfindən uşaqlar və yeniyetmələr üçün COVID-19-a qarşı peyvəndin hazırlanacağına inamla baxır.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə İctimai sağlamlığın müdafiəsi üzrə federal idarəsinin rəhbəri Yens Şpan bildirib.

    O deyib ki, hazırda uşaqlar və yeniyetmələr üçün təsdiq olunmuş vaksinin mövcudluğu barədə danışmaq hələ çox tezdir. “Pfizer” vaksini 16 yaşdan yuxarı şəxslərə, “Moderna” və “Astrazeneca” isə 18 yaşdan yuxarı şəxslərə peyvəndin vurulmasına imkan yaradır.

    “Biz güman edirik ki, işlər yaxşı getsə, yayda uşaq və yeniyetmələri qoruya biləcək vaksinimiz olacaq”, - deyə Şpan çıxışında bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər