SpaceX daha 60 internet peykini orbitə çıxarır

SpaceX daha 60 internet peykini orbitə çıxarır
  • Dünya

  • SpaseX kompaniyası Falcon-9 raket daşıyıcısı ilə 60 minipeykdən ibarət olan növbəti partiyanı orbitə çıxarır.

    LEQAL.AZ kompaniyanın saytına istinadla xəbər verir ki, raketin buraxılışı ABŞ-ın şərq sahili vaxtı ilə saat 01:19-da (Bakı vaxtı ilə 10:19) Florida ştatındakı Kennedi adına kosmik mərkəzdən həyata keçirilib.

    Bu, Starlink layihəsi çərçivəsində 2019-cu ilin mayından başlayaraq, internet peyklər qrupunun orbitə 18-ci buraxılışıdır.

    SpaseX-in orbital qruplaşması artıq 1023 peykdən ibarətdir.

    Hazırda dünyada ən böyük peyk operatoru hesab olunan SpaseX kompaniyası perspektivdə bu növdən olan kosmik aparatlar qruplaşmasındakı peyklərin sayını 12 minə çatdırmağı planlaşdırır.

    Bu, planetin istənilən guşəsində insanların genişzolaqlı internetə əlçatanlığını təmin edən tammiqyaslı şəbəkə yaratmağa imkan verəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər