Pandemiyasının geniş yayıldığı 20 ölkənin vətəndaşlarının Səudiyyə Ərəbistanına girişi qadağan edilib. Bu qərar yalnız diplomatlara, həkimlərə və onların ailə üzvlərinə şamil olunmur.
LEQAL.AZ-ın məlumatına görə, krallığa girişi qadağanın tətbiq edildiyi ölkələrin arasında ABŞ, Yaponiya, Almaniya, həmçinin Misir, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Livan da var. Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, siyahıda olan dövlətlərdən gələn başqa ölkələrin vətəndaşları da krallığa buraxılmayacaq.
Yeni qərarın verilməsi son günlər Səudiyyə Ərəbistanında COVID-19-a yoluxanların sayının artması ilə əlaqəlidir. İki gün əvvəl də DİN ölkə sərhədlərinin mayın 17-dək bağlı olacağını elan etmişdi.