Türkiyədə növbəti üçgünlük “Evdə qal!” rejimi başlayıb

Türkiyədə növbəti üçgünlük “Evdə qal!” rejimi başlayıb
  • Dünya

  • Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq edilərək məhdudiyyətlərə uyğun olaraq növbəti 56 saatlıq “Evdə qal!” rejimini başlayıb.

    Səhiyyə Nazirliyinin məlumatına görə, yanvarın 22-də ölkə üzrə 163 min 342 nəfər koronavirus testindən keçirilib. Onlardan 5969 nəfərdə infeksiya aşkarlanıb, 734 nəfər COVID-19 infeksiyası səbəbindən xəstəxanalara yerləşdirilib. Sutka ərazində 149 nəfər bu infeksiyanın qurbanı olub, 6018 nəfər sağalıb. COVID-19 yayılandan indiyədək Türkiyədə bu xəstəliyə 2 milyon 418 min 472 nəfər yoluxub, 24 min 789 nəfər vəfat edib. Hazırda 2003 nəfər reanimasiyadadır.

    Qeyd edək ki, hazırda Türkiyədə “Evdə qal!” rejimini iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21-dən başlanan reyim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər