Rusiyada S.M.Kirov adına Hərbi-Tibb Akademiyasının həkimləri koronavirus xəstəliyinin iki formada müalicəsini müqayisə ediblər.
Bu barədə TASS xəbər yayıb.
Onlar bu qənaətə gəliblər ki, koronavirus xəstələrinin peyvənd olunan donorların plazması ilə müalicəsi virusdan sağalanların plazması ilə müalicədən daha effektlidir.
Rusiya Federasiyası Müdafiə Nazirliyindən bildirilib ki, peyvənd olunan donorların plazması ilə müalicə qurumun tibb müəssisələrində 2020-ci ilin noyabrından bəri istifadə olunur.
Qanında yüksək miqdarda virusu neytrallaşdıran anticism olan şəxslər donor kimi seçilir. Bu, peyvənd edilənlərin ümumi sayının 10 faizi deməkdir.