Məhəmməd Cavad Zərif: Azərbaycanın qələbə qazanmasından məmnunluq duyuruq

Məhəmməd Cavad Zərif: Azərbaycanın qələbə qazanmasından məmnunluq duyuruq
  • Dünya

  • İran qardaş və dost dövlət olaraq Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur və sevinir ki, torpaqları işğaldan azad edilib.

    LEQAL.AZ xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sentyabrın 24-də Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə deyib. O bildirib ki, Qarabağın azad edilməsi minlərlə insanın öz doğma el-obasına qayıtmasını təmin edəcək.

    M.C. Zərif qeyd edib ki, Azərbaycandan sonra o, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfər edəcək. Bu səfərlərdə də qarşılıqlı əlaqələr və regiondakı siyasi vəziyyət müzakirə olunacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər