Bağdadda partlayış nəticəsində 12 nəfər həlak olub

Bağdadda partlayış nəticəsində 12 nəfər həlak olub
  • Dünya

  • Bu gün səhər saatlarında Bağdad şəhərinin mərkəzində partlayış törədilib.

    LEQAL.AZ Al Arabia telekanalına istinadla xəbər verir ki, partlayış nəticəsində azı 12 nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Bu barədə telekanala İraqın təhlükəsizlik orqanlarındakı mənbə məlumat verib. Partlayıcı qurğunun terrorçu-kamikadze tərəfindən işə salındığı bildirilir.

    Al-Sumaria telekanalının yaydığı digər xəbərə görə, partlayış 8 nəfərin ölümünə səbəb olub, 15 nəfər zərər çəkib.
    PAYLAŞ:

    Oxşar xəbərlər