Gürcüstan dövləti 2021-ci ildə ölkədəki dini icmalara maliyyə yardımı ayırıb.
LEQAL.AZ-ın məlumatına görə, Gürcüstanın Dini İşlər üzrə Dövlət Agentliyi dövlət büdcəsindən ayrılmış vəsaiti dini icmalar arasında bölüb.
Agentliyin yaydığı məlumatda deyilir ki, dini icmalara yardım məqsədilə dövlət büdcəsindən 4 milyon 500 min lari ayrılıb. Artıq bu vəsaitin 3 milyon 500 mini dini icmalar arasında bölüşdürülüb.
Məlumata görə, həmin vəsaitin 2 milyon 200 min larisi Gürcüstanın İslam dini icmasına, 600 min larisi ermənilərin apostol xristian icmasına, 400 min larisi Roma katoliklərinin xristian icmasına və 300 min larisi Gürcüstan yəhudi icmasına ayrılıb. azərtac