Özbəkistan mətbuatı 20 Yanvar faciəsi ilə əlaqədar materiallar yayımlayıb

Özbəkistan mətbuatı 20 Yanvar faciəsi ilə əlaqədar materiallar yayımlayıb
  • Dünya

  • Özbəkistanın “interpress.uz” və “interfax.uz” portalları öz səhifələrində 20 Yanvar faciəsi ilə əlaqədar özbək və rus dillərində materiallar yerləşdirib.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, məqalələrdə 20 Yanvar faciəsinin yaranma səbəbləri, o dövrdə Azərbaycanda və keçmiş SSRİ məkanında olan siyasi vəziyyət, sovet ittifaqına daxil olan bir sıra respublikalarda, o cümlədən Azərbaycanda əhalinin küçələrə çıxaraq müstəqillik tələbləri irəli sürməsi məsələləri şərh olunur.

    Məqalədə bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları xəbərdarlıq etmədən Bakıya daxil olub, nəticədə 147 mülki vətəndaş xüsusi amansızlıqla qətlə yetirilib, yüzlərlə insan yaralanıb.

    Yazılarda 20 Yanvar hadisələrinin Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olduğu vurğulanır, bütün dövlət müəssisələrinin iflic vəziyyətinə salınması, polisin tərksilah edilməsi, Azərbaycan televiziyasının enerji blokunun partladılması, xarici vətəndaşların, jurnalistlərin Bakıya buraxılmaması və digər bu kimi faktlar sübut kimi göstərilir.

    Materiallarda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi, Dağlıq Qarabağın Azərbaycandan qoparılması məqsədilə bölgədə xüsusi idarəetmə üsulunun tətbiq olunması, Ermənistan SSR Ali Soveti tərəfindən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edilməsi haqqında məlumat verilir.



    PAYLAŞ:

    Oxşar xəbərlər