ABŞ-ın yeni seçilmiş 46-cı prezidenti Co Bayden and içərək vəzifəsinin icrasına başlayıb.
LEQAL.AZ bildirir ki, bu barədə TASS xəbər verib.
ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harris də təntənəli şəkildə and içərək yeni işinə start verib.
Hər iki siyasətçi ABŞ Konstitusiyasına və ölkəyə sədaqət andı içib.
Dünyaca məşhur müğənni Ledi Qaqa tədbirdə ABŞ-ın himnini ifa edib.
Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin və vitse-prezident Kamala Harrisin andiçmə mərasimi keçirilir.
Bu barədə CNBC-dən xəbər verir.
Mərasimlə əlaqədar Donald Trampın tərəfdarları tərəfindən 6 Yanvar Kapitoli qiyamları səbəbindən misilsiz təhlükəsizlik tədbirləri ilə keçirir.
Demokrat, keçmiş prezident müavini, 36 illik konqresmen Co Bayden ABŞ-ın 46-cı prezidenti olacaq.
O, üçüncü cəhdində, 78 yaşında Ağ Evin Oval Ofisini təhvil alacaq və tarixə ən yaşlı dövlət başçısı kimi düşəcək.