Ukraynanın "Sea Baby" dəniz dronları Qara dənizdə Rusiyanın "Daşan" tankerini də vurub.
"Leqal" xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidmətindəki mənbələr məlumat verib.
Bildirilib ki, Komor adalarının bayrağı altında üzən gəmi Ukraynanın xüsusi iqtisadi zonasına daxil olaraq “Novorossiysk” liman terminalına doğru hərəkət edib.
Hücum nəticəsində gəmi ciddi zədələnib. Ggəmi sıradan çıxarılıb.
Qeyd edək ki, Ukrayna noyabrın 29-da Rusiyanın Qara dənizdə neft daşıyan gəmilərinə zərbələr endirib.