Ələt Beynəlxalq Dəniz Ticarət Limanı1902-ci ildə təsis edilmiş və o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. 2015-ci il 18 mart tarixində Bakı Limanı yenidən qurulmuşdur. Yeni Bakı Limanı ölkəni qərblə, cənubla və şimalla birləşdirən nəqliyyat qovşağıdır. Azərbaycanın rayonlarına yaxın ərazidə yerləşməsi əlverişli qovşaq kimi bu limanın regionlar ilə əlaqə qurmaq imkanını artırır və beləliklə daşınan yüklərin həcmi artır. Bundan əlavə, yeni limanın yerləşdiyi ərazi ölkənin daxili rayonlarını birləşdirən mövcud avtomobil və dəmiryolları ilə kəsişir. Bakıdan Rusiyaya keçərək şimal-qərbə doğru uzanan dəmiryolu xətti, Gürcüstan, Qara dəniz sahilləri və Türkiyədən keçərək qərbə doğru uzanan dəmiryolu xətti. Cənuba və İran sərhədinə doğru uzanan dəmiryolu xətti məhz Ələtdə kəsişir.
Ələt qəsəbəsi avtomobil yolları və dəmir yollarının kəsişməsində yerləşir və yeni liman bu infrastrukturu tamamlayaraq, Bakını bölgənin əsas logistika mərkəzi və Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas mərkəzinə çevirir. Bərə Terminalı Ələtdə yerləşən Yeni Limanın qərbində, liman girişinin cənub hissəsində yerləşir. Bərə Terminalı hər iki tərəfində lövbəri olan mərkəzi yanalma körpüsünün də daxil olduğu qoşa yanalma körpülərindən ibarətdir. Qatar vaqonları və yük maşınları daşıyıcı bərələrə bağlayıcı aşırımlar vasitəsilə yanaşır və hər qoşa körpü üzərində layihələndirilən yerüstü giriş körpüsü sərnişinlərin gəmilərə keçməsini təmin edir. Bərələr əsasən qatar vaqonlarını, yük maşınlarını və avtomobilləri daşıyır. Qatarlar üçün gözləmə cığırı hər yanalma körpü cütünün sahil ərazisində, yük maşınları və avtomobillər üçün dayanacaq isə dəmiryolu cığırının hər iki tərəfində yerləşir. Bakı Limanının hazırkı Əsas Yük Terminalı da Bakı şəhərinin mərkəzində yerləşir. Liman Avropa və Asiya bazarlarına xidmət göstərərək, eləcə də, Avropa və Asiyanı birləşdirən geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsi olmaqla Xəzər dənizi regionunda əsas logistika qovşağı kimi çıxış edəcək. Ümumiyyətlə, Hazırda dünya ticarətinin 80 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir.
Görünən odur ki, mövcud geosiyasi şəraitdə Azərbaycan Respublikasının iqtisadi inkişafı üçün geniş imkanlar mövcuddur, dövlətimizin Avropa- Asiya məkanında Ələt Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti olduqca mühüm olmaqla, dövlətimiz üçün yeni üfüqlər açacağı artıq reallıqdır!
Bütün sahələrdə olduğu kimi, iqtisadi sferada da uğurlu siyasətin davamı Azərbaycanın xarici ticarət yönümündə daha böyük müvəffəqiyyətlər əldə etməsilə nəticələnmişdir. Özəl biznesin inkişafı üçün yaradılan əlverişli şərait, istehsal münasibətlərində müsbət keyfiyyət dəyişiklikləri və bu qəbildən olan digər amillər ölkəmizin xarici ticarət dövriyyəsinin həcminin sürətlə artmasına səbəb olmuşdur. Bu isə öz növbəsində Azərbaycanın dünyaya iqtisadi inteqrasiyasının sürətlənməsində və xarici iqtisadi əməkdaşlığın daha da güclənməsində əsas amillərdən birinə çevrilmişdir. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Respublikanın sosial-iqtisadi vəziyyətini inkişaf etdirmək üçün biz xarici ölkələrlə və dünyanın bütün şirkətləri ilə sıx əməkdaşlıq etməyi, Azərbaycan ilə xarici ölkələr, şirkətlər arasında müştərək iş görməyi iqtisadiyyat sahəsində əsas istiqamətlərdən biri hesab edirik".
Ülvi Rufullayev,
Masallı rayonu, Binə Xocavar kənd sakini