Rusiya bəyan etdi: Putin-Tramp görüşü olacaq, hazırlıq gedir

Rusiya bəyan etdi: Putin-Tramp görüşü olacaq, hazırlıq gedir
  • Dünya

  • Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünə hazırlıq prosesi davam edir.

    "Leqal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

    Diplomatın sözlərinə görə, Moskva və Vaşinqton Ukrayna məsələsi ilə bağlı “non-paper” formatında heç bir sənəd mübadiləsi aparmayıb.

    “Biz bildiririk ki, sammitə hazırlıq davam edir. Mən ciddi maneələr görmürəm”, - Ryabkov vurğulayıb.

    O qeyd edib ki, əsas məsələ Ankoricdə keçirilmiş görüşdə prezidentlər tərəfindən müəyyənləşdirilən parametrlərin “konkret məzmunla doldurulmasıdır”.
    PAYLAŞ:

    Oxşar xəbərlər