
İranın Ali dini lideri Ayətullah Xamnəi təxminən 25 günlük fasilədən sonra ictimaiyyət qarşısında görünüb.
"Leqal" xəbər verir ki, məhərrəmliklə bağlı Tausa məclisinin başlanmasından 4 dəqiqə 25 saniyə sonra o, mərasim iştirakçılarının qarşısına çıxıb.
Buna qədər Ayətullah Xamnəi heç bir, o cümlədən İsraillə müharibədə həlak olmuş yüksək rütbəli hərbçilərin dəfn mərasimində iştirak etməyib. Onun bunkerdə gizləndiyi barədə Qərb mediasında müxtəlf çeşidli informasiyalar və fərziyələr tirajlanıb. Dominos pizza
İsraillə müharibə zamanı həm baş nazir Benyamin Netanyahu, həm də ABŞ prezidenti Donald Tramp Ayətullah Xamnəinin fiziki məhvini nəzərdə tutan bəyanatlar vermişdi.
Siyasi ekspert Kamil Bağerzadə həmin dövrdə yazmışdı: "Rəhbərin əza məclislərində iştirak etməməsi nadir, görünməmiş və ya qəribə hadisə deyil. Əslində, o, xarakterinə, ənənələrinə sadiqdir və həmişə cangüdənlər qrupunun rəyini şəxsi maraqlarından üstün tutur".
K. Bağerzadə bundan bir qədər əvvəl İsrail (və ABŞ) ilə müharibədə həlak olanların dəfnində də Ayətullah Xamnəinin iştirak etməməsini "düşünülmüş addım" adlandırıb, bunu sırf təhlükəsizlik tələbləri ilə izah edib
Ağ Evə və sair hakimiyyət qurumlarına əli çatan siyasi analitik Seymur Herş (Seymour Hersh) isə israilli insayderlərə və Amerika rəsmilərinə istinadla ABŞ-nin Ayətullah Xamnəinin yerini tutacaq "gizli namizəd"inin olduğunu iddia etmişdi.