Yaponiya sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Leqal.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 239 min insanın yaşadığı Haçinohe şəhərindən (Honsyu adası) 37 km cənub-şərqdə, 59 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi barədə məlumat verilməyib.