Moskva terrorunda ölənlərin sayı artdı

Moskva terrorunda ölənlərin sayı artdı
  • Dünya

  • Moskva yaxınlığındakı “Crocus City Hall”da törədilən terror aktı zamanı ölənlərin sayı 144 nəfərə çatıb.

    Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat verib.

    Martın 22-də axşam saatlarında Moskva vilayətində "Crocus City Hall"da terror aktı baş verib. Bir qrup silahlı terrorçu binaya daxil olaraq insanlara atəş açıb, həmçinin binanı yandıraraq içəriyə gələnlərin qarşısını kəsiblər.

    Terror aktını törədənlər 4 yerli Tacikistan vətəndaşıdır. Onlar Ukrayna və Belarusla sərhəddə saxlanılıblar. Onların hamısını, eləcə də bir neçə cinayət ortağını ömürlük həbs cəzası gözləyir.
    PAYLAŞ:

    Oxşar xəbərlər