Ölənlərin sayı 99 nəfərə çatdı

Ölənlərin sayı 99 nəfərə çatdı
  • Dünya

  • Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib.

    Leqal.az TASS-a istinadən xəbər verir ki, naməlum şəxslər ticarət mərkəzində atəş açıb.

    “Baza” teleqram kanalı isə hadisə nəticəsində 12 nəfərin həlak olduğunu, 35 nəfərin isə yaralandığını yazıb.

    “RİA Novosti”nin məlumatına görə, 3 nəfər avtomat silahdan atəş açıb. Bununla yanaşı, binada yanğının qeydə alındığı bildirilir. 

    Qeyd edək ki, “Crocus City Hall” ticarət mərkəzi azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.

    ***

    “112” teleqram kanalının məlumatına görə, hücum zamanı 40 nəfər həlak olub, daha 130 nəfər isə yaralanıb.

    ***

    Rusiyanın Federal Təhlükəsizlik Xidməti terror aktı nəticəsində 40 nəfərin həlak olmasını təsdiq edib. 

    Bildirilir ki, hazırda 100-dən çox şəxsin yaralandığı məlumdur.

    ***

    “Crocus City Hall”da baş vermiş terror aktı nəticəsində yaralananların sayı 146 nəfərə yüksəlib.

    Bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

    Ölənlərin sayı isə hələlik dəyişməyib. 

    ***

    “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 60-dan çox insan həlak olub.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

    Bildirilib ki, terror aktı qurbanlarının sayının artacağı istisna edilmir.

    ***

    Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər