Kiyevdə “Rusiya-Ukrayna dostluğu” abidəsi sökülür

Kiyevdə “Rusiya-Ukrayna dostluğu” abidəsi sökülür
  • Dünya

  • Kiyevdə “Rusiya-Ukrayna dostluğu” abidəsinin sökülməsinə başlanılıb.

    "Leqal.az" CNN-ə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko məlumat verib.

    “Bu gün söküntü işlərinə başlanılıb və biz bunu bu gecə bitirməyi planlaşdırırıq. Biz 1982-ci ildə Ukrayna paytaxtının mərkəzində quraşdırılmış iki fəhlənin bronz abidəsini ləğv edirik. Rusiya bizim dövlətimizi və dinc ukraynalıları məhv etmək kimi barbar bir arzu nümayiş etdirib”, - Kliçko bildirib. /Apa/
    PAYLAŞ:

    Oxşar xəbərlər