Rusiya – Ukrayna danışıqlarının növbəti mərhləsi martın 29-30-da Türkiyədə keçiriləcək.
Bunu Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü, “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia özünün sosial şəbəkə səhifəsində bildirib.
Məlumatı həmçinin Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski də təsdiqləyib.
“Bu gün Ukrayna ilə videokonfrans vasitəsilə danışıqların növbəti raundu keçirilib. Nəticədə martın 29-30-da üz-üzə görüşmək qərara alınıb”, - deyə o, “Telegram”da yazıb.