Rusların komanda məntəqəsi vuruldu, komandir öldürüldü

Rusların komanda məntəqəsi vuruldu, komandir öldürüldü
  • Dünya

  • Çernobaevka hava limanında (Xerson vilayəti) Ukrayna hərbçiləri Rusiya Federasiyasının cənub hərbi dairəsinin birləşmiş silahlı ordusunun komanda məntəqəsini məhv edib.

    “Leqal.az” UNİAN-a istinadən xəbər verir ki, bunu brifinqdə Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

    O bildirib ki, rusların komanda məntəqəsinin komandiri həlak olub.

    "Rusların komanda məntəqəsi və təyyarələrin toplanması məntəqəsi kimi istifadə etdikləri Çernobaevka aerodromu bizi nəticə ilə bir daha sevindirdi. Ukrayna silahlı qüvvələri Çernobaevka hava limanına yenidən zərbələr endirib. İlkin məlumatlara görə, Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin 8-ci ümumqoşun ordusunun komanda məntəqəsi məhv edilib”, - deyə Arestoviç bildirib.//Qafqazinfo

    Onun sözlərinə görə, bu, “LXR/DXR” “silahlı qüvvələrin” yaradılması və təchizatına cavabdeh olan istiqamət idi.

    “İlkin məlumatlara görə, bu ordunun komandiri həlak olub. Ola bilsin, başqa generallar da öldürülüb. Məlumat dəqiqləşdirilir”, - Arestoviç əlavə edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər