Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin üçtərəfli görüşü başa çatıb.
"Leqal.az" xəbər verir ki, Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kuleba arasında gedən müzakirələr bir saat davam edib.
Qeyd edək ki, bir qədər sonra Sergey Lavrov və Dmitro Kuleba ayrı-ayrılıqda mətbuat konfransı keçirəcəklər.
12:36
Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü başlayıb.
Oxu.Az xəbər verir ki, Antalya şəhərinin Belek rayonundakı “Regnum Carya” hotelində baş tutan görüşdən sonra mətbuat konfransı keçiriləcək.
11:19
Antalyada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş olub.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.