"Allaha yalvar, ümid et, gəl..." - Kadırov Zelenskiyə məsləhət verdi

"Allaha yalvar, ümid et, gəl..." - Kadırov Zelenskiyə məsləhət verdi
  • Dünya

  • Çeçenistan Prezidenti Ramzan Kadırov Ukraynanın dövlət başçısı Volodimir Zelenskinin ölkədən qaçdığını və gizləndiyini iddia edir.

    "Leqal.az" bildirir ki, o, sosial şəbəkələrdəki akkauntlarında V.Zelenskiyə ünvanlanmış müraciətini paylaşıb. Ukrayna prezidentinin adının "Vladimir" kimi göstərildiyi müraciətdə V.Kadırov Zelenskidən "qayıtmağı" istəyir.

    Müraciətdə deyilir: "Vladimir, qayıdın! Hara getdi vətəpnərvərlik, qətiyyət, alovlu nitqlər? Mən əvvəlcədən bilirdim ki, qaçacaqsınız. Pis oyunda olsa belə, xalq qarşısında yaxşı simada qalmaq olardı. Amma bir aktyor kimi xüsusi istedadınızla da seçilmədiniz.

    Qayıdın! Olmaya Saakaşvilinin yolunu seçib qorxudan qalstuku çeynəyərək daim qaçmağı seçəcəksiniz? Heç də yaxşı variant deyil, razılaşın...

    Sizə Prezident kimi müraciət etmirəm. Qanunla Ukraynada dövlət başçısı hələ də Viktor Yanukoviçdir. Bax ona, qanuni prezidentə hakimiyyəti verin, Allaha yalvarın və taleyə bel bağlayın. Bəlkə onda günahınızın qismən də olsa, bağışlanması şansı qalar". //Milli.Az
    PAYLAŞ:

    Oxşar xəbərlər