Ukraynadakı hərbi əməliyyatların ikinci günü Rusiyanın daha bir hərbi təyyarəsi vurulub.
“Leqal.az” xəbər verir ki, məlumatı Ukraynanın Daxili İşlər Nazirliyi yayıb.
Qeyd olunub ki, Rusiya fevralın 25-də səhər saatlarında Ukrayna ərazisini yenə bombalayıb. Məlumata görə, Ukraynanın paytaxtı Kiyevdə yaşayış yerlərinə yaxın ərazidə Rusiyanın hərbi təyyarəsi vurulub. Nazirlik bildirib ki, təyyarə yaşayış yerlərinə düşərək binalara zərər vurub. //Report
Xatırladaq ki, fevralın 24-də Ukrayna səmasında Rusiyanın 6 hərbi təyyarəsinin vurulduğuna dair məlumat yayılmışdı.
"LEQAL.AZ"