Fransa Prezidenti Emmanuel Makron Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Co Baydenin iştirakı ilə birgə sammit keçirilməsini təklif edib.
“Leqal.az” xəbər verir ki, bu barədə məlumatı Yelisey sarayı yayıb.
Bildirilir ki, Putin və Bayden belə bir sammitin keçirilməsini prinsipcə qəbul edib. Bununla belə, qeyd olunur ki, yüksək səviyyəli görüş yalnızca Rusiyanın Ukraynaya hücum etməyəcəyi təqdirdə keçirilə bilər.
Ağ Evin mətbuat katibi Cen Psaki də Baydenin Putinlə görüşməyə razı olduğunu bəyan edib.
Rusiyanın XİN rəhbəri Sergey Lavrov da öz növbəsində bildirib ki, V. Putin amerikalı həmkarı ilə təmaslara hər zaman hazırdır. //Qafqazinfo