Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan Rusiya vətəndaşlarının 2022-ci ildə hərbi toplanışa çağırılması haqqında fərman imzalayıb.
"Leqal.az"ın məlumatına görə, müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
Sənəddə deyilir:
“2022-ci ildə ehtiyatda olan Rusiya vətəndaşları Rusiya Silahlı Qüvvələrində, dövlət təhlükəsizlik orqanlarında və federal təhlükəsizlik xidməti orqanlarında hərbi toplanışa çağırılsın”.
Fərmana uyğun olaraq, hökumət və regional hakimiyyət orqanları toplanışla bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.