Ukrayna Rusiyanın ölkə sərhədləri yaxınlığındakı davranışlarına görə 48 saat ərzində ATƏT Daimi Şurasının və ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun birgə iclasının keçirilməsini xahiş edir.
Bunu Uktaynanın xarici işlər naziri Dmitri Kuleba özünün “Twitter” səhifəsində yazıb.
Nazir qeyd edib ki, Kiyev Rusiyadan şəffaflıq tələb etməkdə davam edir. Onun sözlərinə görə, Rusiya fevralın 15-də baş tutan Vyana sənədi çərçivəsində görüşdə iştirakdan imtina edib.
“Biz bir daha Rusiyanı iştirakçı dövlətlərin haqlı narahatlıqlarını aradan qaldırmağa və Ukrayna ilə sərhəd yaxınlığında hərbi əməliyyatları nəticəsində yaranmış gərginliyi aradan qaldırmaq üçün ATƏT-in vasitələrindən istifadə etməyə çağırırıq. Qoşunların geri çəkilməsi barədə bəyanatlar kifayət deyil. Bizə şəffaflıq və faktlar lazımdır”, - deyə o, yazıb.
Dmytro Kuleba
@DmytroKuleba
Ми продовжуємо вимагати прозорості від Росії, яка проігнорувала вчорашнє засідання в рамках Віденського документа. Україна ініціює спільне засідання Постійної ради та Форуму безпекового співробітництва ОБСЄ протягом 48 годин для вироблення подальших кроків 1/2Read the full conversation on Twitter