Aİ ölkəsi Ukraynaya görə vətəndaşlarına xəbərdarlıq etdi

Aİ ölkəsi Ukraynaya görə vətəndaşlarına xəbərdarlıq etdi
  • Dünya

  • Macarıstan öz vətəndaşlarını Ukraynaya səfərlərinin zəruriliyini qiymətləndirməyə və mümkünsə onları təxirə salmağa çağırıb.

    Bu barədə Macarıstanın konsulluq xidməti xəbər verir.

    “Ukraynaya səyahət edənlərə məsləhət: Ukrayna ilə Rusiya arasında son günlər yaranmış gərginliyi nəzərə alaraq, biz vətəndaşlardan xahiş edirik ki, səyahət ehtiyacını qiymətləndirsinlər və mümkünsə onları təxirə salsınlar. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, əgər onlar bu bölgəyə səfər etmək və ya burada qalmaq qərarına gəlsələr, lütfən, konsulluq müdafiəsi almaq üçün qeydiyyatdan keçsinlər”, - deyə məlumatda deyilir.

    Həmçinin, Ukraynaya səyahət edənlərə və burada olan Macarıstan vətəndaşlarına yerli xəbərləri və sosial medianı diqqətlə izləmək, səlahiyyətlilərin göstərişlərinə əməl etmək tövsiyə olunur.

    Qeyd edək ki, son günlərdə ABŞ, Britaniya, İsrail, hətta Rusiyanın özü də daxil olmaqla bir çox dövlətlər analoji xəbərdarlıqla çıxış ediblər. /oxu.az/

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər