ABŞ Ukraynadan kütləvi qaçqın axınına hazırlaşır

ABŞ Ukraynadan kütləvi qaçqın axınına hazırlaşır
  • Dünya

  • Ağ Ev Şərqi Avropada gərginliyin artmaqda davam etməsi səbəbindən, Rusiyanın müdaxiləsi halında Vaşinqtonun Ukraynadan qaçqın axınına hazırlaşdığını bəyan edib.

    ABŞ Prezidenti Co Baydenin sözçüsü Cen Psaki Rusiya silahlı qüvvələrinin qonşusuna hücum edəcəyi təqdirdə ABŞ rəsmilərinin gördüyü hazırlıqlarla bağlı açıqlama verib.

    “Şübhəsiz ki, biz bir sıra gözlənilməz hallara hazırlaşırıq və onlara hazırlaşmaq üçün avropalı tərəfdaşlarımız və həmkarlarımızla işləyirik. Bu hazırlıqlar qaçqınlar, təbii qaz və ya neft çatışmazlığı potensialı ilə bağlıdır”.

    Ağ Ev bəyan edib ki, Şərqi Avropada gərginlik artmaqda davam edərkən, Vaşinqton Rusiyanın müdaxiləsi halında Ukraynadan qaçan qaçqın axınına hazırlaşır.

    “Washington Post”un məlumatına görə, ABŞ rəsmiləri Rusiyanın Ukrayna sərhədi yaxınlığında daha çox qüvvə topladığını və tezliklə Kiyevə çatacaq və 50 min insanın ölümünə səbəb olacaq hücuma başlaya biləcəyini iddia edən yeni hesablamalar barədə millət vəkillərinə və avropalı tərəfdaşlarına məlumat veriblər. Hesabatda 5 milyon nəfərin qarışıqlıqdan qaçacağı iddia edilib. /oxu.az/

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər