ABŞ təbii qazın istifadəsindən imtina edir

ABŞ təbii qazın istifadəsindən imtina edir
  • Dünya

  • ABŞ təbii qazın istifadəsindən imtina edir
    Nyu-York Şəhər Şurası yeni binalarda təbii qazdan istifadənin qadağan edilməsinə dair qərar verib.

    Qərar səsvermə yolu ilə qəbul edilib.

    Qanun 2023-cü ildə qüvvəyə minəcək və hündürlüyü yeddi mərtəbədən aşağı olan binalara şamil ediləcək.

    Yeddi mərtəbədən yuxarı binalar üçün isə bu norma 2027-ci ildən sonra tətbiq olunacaq.

    Lakin bu qərar gələcəkdə şəhər əhalisi üçün mənfi iqtisadi nəticələrə gətirib çıxa bilər.

    Belə ki, evləri elektrik enerjisi ilə isitmək Nyu-York sakinlərinə daha baha başa gələcək.

    Qeyd edək ki, Nyu-York ABŞ-da müvafiq qərarı qəbul edən ilk şəhəri deyil.

    ABŞ-da yeni binalarda təbii qazdan imtina praktikası ilk dəfə Kaliforniyanın San Xose şəhərində tətbiq edilib./oxu.az

    Mənbə: Golosameriki.com
    PAYLAŞ:

    Oxşar xəbərlər