Almaniya hökuməti iqlim dəyişikliyi ilə mübarizə və ölkənin modernləşdirilməsi üçün 60 milyard avro ayırmağa qərar verib.
Ölkənin yeni maliyyə naziri Kristian Lindner koronavirus pandemiyasından hələ də sağalmaqda olan iqtisadiyyat üçün gələcəkdə 60 milyard avro sərmayənin təkan olduğunu bildirib.
Almaniyanın yeni hökuməti əlavə vəsaiti “İqlim və Transformasiya Fondu” adlı hökumət fonduna yönəltmək niyyətindədir. O, iqlim dəyişikliyi ilə mübarizə və ölkənin infrastrukturunun yaxşılaşdırılmasına yönəlmiş layihələrin maliyyələşdirilməsinə sərf olunacaq.
O açıqlamasında bildirib ki, heç bir yeni borc götürülmür, əlavə maliyyələşdirməni artırmaq üçün yalnız indiyə qədər istifadə edilməmiş kredit icazəsindən istifadə edilir.
Mənbə: ABC