Gürcüstan baş naziri ölkəsindəki qumar problemindən danışdı

Gürcüstan baş naziri ölkəsindəki qumar problemindən danışdı
  • Dünya

  • Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkədə onlayn kazinoların qadağan edilməsinin vacibliyini bəyan edib.

    Qaribaşvili qeyd edib ki, Gürcüstanda qumar aludəçilərinin böyük əksəriyyəti işsizlər və maddi ehtiyacları olan insanlardır.

    “Birinci mərhələdə vergi ödənişlərinin artırılmasını, reklamın qadağan edilməsini və yaş baryerinin 25-ə qədər çatdırılmasının düşünürük. İkinci mərhələdə isə onlayn kazinolar tamamilə qadağan olunacaq”, - deyə o bildirib.

    Gürcüstanlı baş nazir vurğulayıb ki, onlayn kazinoların fəaliyyəti nəticəsində Gürcüstan artıq 1,5 milyard lari itirib, çünki bu şirkətlərin əksəriyyəti xarici şirkətlərdir - vətəndaşların pulları xaricə axır.

    Qumar Gürcüstanda aparıcı sənayelərdən biridir. Sektorun gəlirləri hətta bankları da üstələyir.

    Gürcüstanda nə qədər qumar aludəçisi olduğuna dair rəsmi statistika yoxdur. QHT-lər Gürcüstanda 700 min qumarbaz olduğunu, yəni ölkənin hər beşinci sakininin qumara qurşandığını iddia edirlər.

    Mənbə: Sputnik Gürcüstan
    PAYLAŞ:

    Oxşar xəbərlər