İsveçdə Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü təşkil edilib

İsveçdə Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü təşkil edilib
  • Dünya

  • İsveçin paytaxtı Stokholmda Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü təşkil olunub.

    LEQAL.AZ Azərtac-a istinadla bildirir ki, İsveçdə yaşayan azərbaycanlıların keçirdiyi yürüşdə Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş 40-a yaxın müxtəlif növlü nəqliyyat vasitəsi Stokholmun Strandvagen bulvarından başlayaraq şəhərin əsas küçələrinə yürüş edib.

    Yürüşdə iştirak edən avtomobillər üzərində “Qarabağ Azərbaycandır!” kimi şüarları yerləşdirilib. İştirakçılar yerli ictimaiyyətin diqqətini Dağlıq Qarabağ münaqişəsindəki Azərbaycanın haqlı mövqeyinə yönəltməyə çalışıblar.
    PAYLAŞ:

    Oxşar xəbərlər