Əfqanıstanda qalan sonuncu yəhudi İsrailə yola düşdü?..

Əfqanıstanda qalan sonuncu yəhudi İsrailə yola düşdü?..
  • Dünya

  • Əfqanıstanda qalan son yəhudi Zabulon Simantov ölkənin "Taliban" tərəfindən tamamilə ələ keçirildiyi üçün evini tərk edərək İsrailə yola düşüb.
     
    Leqal.az xəbər verir ki,  bu haqda  “Yerusalem Post” nəşri məlumat  yayıb.
     
    "KAN 11" müxbiri Roy Kias-ın "Twitter" də yazdığına görə, "Taliban" hakimiyyəti ələ keçirəndən sonra Əfqanıstanda qalan son yəhudi olan Zebulun Simanın yaxın günlərdə İsrailə gəlməsi gözlənilir".
     
    İsrail əsilli amerikalı iş adamı Mordexay Kahana Simantovu İsrailə aparmaq üçün təyyarə kirayəsi təklif edib. Simantov əvvəlcə buna razılaşıb, amma son anda fikrini dəyişib.
     
    Xatırladaq ki,  Z.Simontov hələ 1996-cı ildən, yəni “Taliban”ın Əfqanıstanda ilk dəfə hakimiyyətə gəldiyi vaxtdan bu ölkədə qalan iki yəhudidən biri olub. 2005-ci ildə digər yəhudi də vəfat etdikdən sonra o, Əfqanıstanın Herat şəhərində yəhudi kimi yalnız qalıb. 
     
    Bir müddət öncə  Əfqanıstanda qalan son yəhudinin İsrailə  "ABŞ -a güvənməyin" – deyə xəbərdarlıq etməsi haqda xəbərlər yayılmışdı. Zabulon Simantov Əfqanıstanda 20 illik mövcudluğundan sonra avqust ayında qoşunlarını ölkədən xaotik şəkildə çıxaran ABŞ-ı tənqid edib.  Fəqət tənqidlərə baxmayaraq Taliban hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstanda xilas edilən Zabulon Simantov lazımi sənədləri əldə edə biləcəyi təqdirdə ABŞ-a köçəcəyini söyləyib.../moderator.az
    PAYLAŞ:

    Oxşar xəbərlər