Ermənistanda koronavirusa yoluxanların sayı və bu virusdan ölənlərin sayı sürətlə artır. Son sutka ərzində ölkədə daha 2381 nəfərdə koronavirus aşkarlanıb.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi yayıb.
Bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 89 min 813-ə yüksəlib.
Ölkədə koronavirusdan ölənlərin sayı daha 41 nəfər artaraq 1341-ə çatıb.
Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı daha 9 fakt artaraq 367 olub.
Hazırda Ermənistanda 32 min 798 aktiv koronavirus xəstəsi var.
Xatırladaq ki, əhalinin hər yüz min nəfərinə düşən yoluxma hallarının sayına görə, Ermənistan MDB məkanında birinci yerdədir.