Ermənistanda koronavirusa yoluxanların sayı sürətlə artır. Son sutka ərzində ölkədə daha 2398 nəfərdə koronavirus aşkarlanıb.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi yayıb.
Bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 87 min 432-yə yüksəlib. Bu göstərici ilə Ermənistan COVID-19 virusunun ilk mənbəyi olan Çini keçib. Qeyd edək ki, Çində bu günədək 85 min 940 koronavirusa yoluxma faktı qeydə alınıb.
Ölkədə pandemiyadan ölənlərin sayı daha 28 nəfər artaraq 1300-ə çatıb.
Hazırda Ermənistanda 31 min 458 aktiv koronavirus xəstəsi var.
Xatırladaq ki, əhalinin hər yüz min nəfərinə düşən yoluxma hallarının sayına görə, Ermənistan MDB məkanında birinci yerdədir.