Pakistan ordusuna İran ərazisindən edilən silahlı hücum nəticəsində bir əsgərinin öldürüldüyü və yarallı hərbiçilərin olduğu açıqlanıb.
LEQAL.AZ xəbər verir ki, rəsmi mənbələrin yaydığı açıqlamada, hadisənin Bəlucistan əyalətinin İran sərhədindəki Çukab bölgəsində baş verdiyi bildirilib.
Açıqlamada, Pakistan ordusuna bağlı sərhəd birliklərinin hədəf alındığı və odlu silahlardan açılan atəş nəticəsində bir əsgərin öldürüldüyü qeyd olunub.
Məlumata görə, Pakistan ordusunun cavab verməsi ilə atəş nöqtələri susdurulub. Pakistan hadisədən sonra, İrana etiraz edərək rəsmi Tehrandan izahat tələb edib.
Hücumu heç bir silahlı qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, iki ölkə arasındakı 800 kilometrlik sərhəd xətti dağlıq və çöllük bölgələrdən ibarətdir./güninfo.az